"Oğlum 600 gündür cəhənnəmdə yaşayır”- İranda həbs edilən avropalı diplomatın atası fəryad edir

09/12/2023 - 22:57

“Oğlum 600 gündür cəhənnəmdə yaşayır”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İsveç vətəndaşı və Avropa İttifaqının diplomatı Yohan Floderusun atası Mats Floderus deyib.

Onun sözlərinə görə, Tehranda “Evin” həbsxanasında saxlanılan Yohan Floderus mütəmadi konsulluq xidməti və telefon danışığı hüququndan məhrum edilib.

Qeyd edək ki, 33 yaşlı isveçli diplomat 2022-ci il aprelin 17-də İranda həbs edilib və son 20 ayı həbsxanada keçirib. Ona qarşı irəli sürülən ittihamlar barədə isə hələlik dəqiq məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33