Ölkənin ən böyük tikinti şirkətlərindən birinə deputatın oğlu nəzarət edəcək

27/02/2024 - 21:00

Fevralın 23-də deputat Ağalar Vəliyevə məxsus olduğu bildirilən “Kristal Şirkətlər Qrupu” ASC-nin ümumi yığıncağı keçirilib. İclasda şirkətin bir sıra mühüm vəzifələri və fəaliyyət istiqamətləri müzakirə edilib.

Şirkətin fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin təmin edilməsi məqsədilə ümumi yığıncaqda Müşahidə Şurasının yaradılması qərara alınıb. “Azəraqrartikinti” ASC-nin sədr müavini, depuatat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev Müşahidə Şurasının sədri seçilib. Ümumilikdə Müşahidə Şurasına üç nəfər daxildir.

Qeyd edək ki, 1982-ci ildə anadan olan Pərviz Vəliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 2015-ci ildə “PZ Group of Companies” MMC-nin prezidenti, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib. Onun Türkiyədəki biznesi və şəxsi həyatı ilə bağlı mətbuatda mütəmadi məlumatlar dərc edilib.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ