Ostin NATO-nun nazirlər toplantısında iştirak etmək üçün Belçikaya gedəcək

16/10/2024 - 07:28

ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabrın 16-da Belçikaya gedəcək və burada NATO üzv ölkələrinin nazirlər toplantısında iştirak edəcək. APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib. Bundan əlavə, Amerikanın müdafiə naziri Brüsseldə “İslam Dövləti” terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya daxil olan ölkələrin nazirlərinin görüşündə iştirak edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15