Papua Yeni Qvineyada zəlzələ baş verib
09/09/2024 - 07:20
Papua Yeni Qvineyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Onun sözlərinə görə, yeraltı təkanların episentri 2 min nəfərin yaşadığı Ambunti şəhərindən 43 km şərqdə yerləşib. Zələzələnin ocağı 101 km dərinlikdə yerləşib. Hadisə nəticəsində tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb.