Paşinyan Ermənistanın bu ay Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirib

08/10/2024 - 19:06

Oktyabr ayı ərzində Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında deyib. O, bu qərarın ölkəsinin rəsmi mövqeyi olduğunu da sözlərinə əlavə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15