Polşa Belarusla sərhəddə bufer zonasının müddətini uzadıb
11/09/2024 - 04:27
Polşa Belarusla sərhəddə bufer zonasını 90 gün müddətinə uzadıb. APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurum qeyd edib ki, Polşa-Belarus sərhədində bufer zonasının fəaliyyət göstərdiyi 90 gün ərzində sərhədi qanunsuz keçmə cəhdlərinin sayı 64% azalıb.