Polşanın Baş naziri istefa verib

13/11/2023 - 23:10

Polşanın Baş naziri Mateuş Moravetski nazirlər kabineti ilə birlikdə istefa verib.

Siyasətçi bunu noyabrın 13-də yeni Seymin seçkidən sonra ilk iclasında çıxışı zamanı bildirib.

Moravetskinin Respublika Prezidenti Anjey Duda adından hökumət qurmaq üçün ilk cəhdinə başlayacağı gözlənilir.

“Parlament adətinə uyğun olaraq, mən istefaya getmək istəyirəm”, - deyə Moravetski bildirib.

Xatırladaq ki, oktyabrın 15-də keçirilən parlament seçkisi nəticəsində hakim “Qanun və ədalət” partiyası parlamentdə 194, müxalifətdəki “Vətəndaş Koalisiyası” partiyası - 157, “Üçüncü yol” partiyası - 65, “Solçular” partiyası - 26 yer alıb. Qanunverici orqanda daha 18 yeri “Konfederasiya” millətçi koalisiya hərəkatı əldə edib. Qələbə qazanmasına baxmayaraq, “Qanun və ədalət” partiyası parlamentdə çoxluğu əldə edə bilməyib.

 RİA Novosti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ