POLŞANIN BAŞ NAZİRİ PUTİNİ STALİNƏ BƏNZƏDİB – “O, imperiya terroruna keçib…”

26/11/2022 - 23:38

“Əgər dünya Vladimir Putinə Ukraynanı məğlub etməyə imkan versə, o, “21-ci əsrin Stalini” olacaq”.

Qafqaz.media xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski Kiyevdə qlobal ərzaq təhlükəsizliyinə dair sammit zamanı deyib.

Onun sözlərinə görə, Putin “metodu aclıq və müharibə olan imperiya terroruna keçdi”.

“Aclıq və müharibə ölümə məhkum olan və dünyaya sivilizasiya təqdim edəcək heç nəyi olmayan zəif imperiyaların üsullarıdır. Mülki hədəflərin kütləvi şəkildə atəşə tutulması Rusiyanın imperiya müharibəsindən imperiya terroruna keçdiyini sübut edir. Putin yenidən Avropanın mərkəzində dövlətləri dəfələrlə məhv edən elementlərdən istifadə etmək istəyir. Əgər Putinə bu yolu davam etdirməyə icazə versək, o, “21-ci əsrin Stalini” olacaq və Ukrayna yenidən bu ölümcül oyunların platformasına çevriləcək”, – Moravitski bildirib.

Polşanın baş naziri vurğulayıb ki, Ukraynaya daha çox hərbi və maliyyə dəstəyi lazımdır.

“Ukraynanın Rusiyanı hərbi cəhətdən məğlub etməsi kifayət deyil, Kiyev həm də Rusiyanın onu onilliklər ərzində dolandırdığı iqtisadi asılılıq şəbəkəsindən qurtulmalıdır. İmperiyalar mübarizəni dayandırmır, yalnız aralarında qısa fasilələr verirlər. Biz Rusiya ilə əməkdaşlığa qayıda bilmərik, çünki bu, müharibələrə qayıdış olacaq”, - Moravitski vurğulayıb.

Qafqaz.media