Prezident onu ordenlə təltif etdi
24/01/2024 - 17:30
Prezident İlham Əliyev Əməkdar dövlət qulluqçusu Məhərrəm Əhmədovla bağlı Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah M. Əhmədovun 70 yaşı tamam olacaq.
Qafqaz.Media