“Prezident Zurabişvili Saakaşvilini əfv etməyəcək” - Kaxa Kaladze

25/11/2022 - 22:50

Tiflis meri Kaxa Kaladze əmindir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini əfv etməyəcək.

Qafqaz.media xəbər verir ki, Kaladzenin sözlərinə görə, Salome Zurabişvili prinsipial insandır.

“Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etmək qərarına gələcəyini düşünmürəm və inanmıram. Hesab edirəm ki, Salome Zurabişvili prinsipial insandır”, - Kaladze bildirib.

Qafqaz.media