Putin Qazaxıstan və Özbəkistanla birgə ittifaq yaradır

29/11/2022 - 12:36

Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya paytaxtı Moskvaya səfəri zamanı həmkarı Vladimir Putinlə müzakirə etdiyi məsələlərdən biri məlum olub.

Rusiya mətbuatı xəbər verir ki, Putin Tokayevə Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət üçtərəfli ittifaq yaradılmasını təklif edib.

Qazaxıstan tərəfi bu gün ittifaqın qazla bağlı olduğunu açıqlayıb. Bildilib ki, bu barədə müzakirələr davam etdirilir.

Məlumata görə, rəsmi Daşkəndin təklifə necə münasibət bəslədiyi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana dekabrın əvvəlində planlaşdırılan səfəri zamanı müzakirə ediləcək./modern.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02