Qarabağ separatçılarının keçmiş "lider"inə qarşı daha bir cinayət işi açılıb
Ermənistanda Qarabağ separatçılarının keçmiş başçısı Samvel Şahramanyana qarşı daha bir cinayət işi açılıb. APA-nın məlumatına görə, bu barədə “Hraparak“ qəzeti xəbər yayıb. Bildirilib ki, buna səbəb separatçıların formalaşdırdığı qondarma “struktur”ların sərəncamındakı 356 avtomobilin indiyədək hökumətə təhvil verilməməsidir. İstintaq onu həmin nəqliyyat vasitələrini mənimsəməkdə ittiham edir. Əsas kimi maşınların geri qaytarılması barədə qərarın iyunun 21-də “narkotik vasitələrin qanunsuz dövriyəsi” maddəsi ilə istintaqı başlanılan cinayət işi çərçivəsində çıxarılmasına baxmayaraq, indiyədək icra olunmadığı göstərilib.