Qarabağın bərpasına xərclənən vəsait açıqlan

23/01/2024 - 13:50

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, 2023-cü il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair məlumatda bildirilib.

Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 %-i Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və yaxud 2,6 %-i Prezidentin ehtiyat fondunun, 145,3 milyon manatı və yaxud 2,6 %-i dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və yaxud 0,6 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və yaxud 8,3 %-i dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşüb.

Həmçinin qeyd edilib ki, 2023-cü ildə 8 rayonun (Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan) gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 7,2 mln. manat maliyyə yardımı (dotasiya) ayrılıb.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46