Qazaxda 36 yaşlı velosipedçini maşın vuraraq öldürüb

27/06/2024 - 08:22

Qazaxda ölümlə nəticələn ağır qəza hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.Hərəkətdə olan avtomobil velosipedçini vurulub.Ağır xəsarət alan velosipedçi-1988-ci il təvəllüdlü Rəşad Ələsgər oğlu Əmrahov xəstəxanaya yerləşdilib.Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq velosipedçi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ