Qazilər üstümüzə gəlir, bu nə müavinətdir onlara verilir? - Deputat
26/11/2024 - 16:26
"Bir sıra məsələləri elə bil qəsdən edirlər ki, camaat narazı qalsın. Qazilərimizə verilən 80 manat ayıb rəqəmdir". Publika.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib. "Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir", - deyə deputat bildirib.