Qəbələdə yol qəzası nəticəsində 1 nəfər ölüb - FOTO - YENİLƏNİB-1

10/10/2023 - 08:01

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, oktyabrın 9-u saat 20 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “Ford” markalı mikroavtobus toqquşub. Hadisə nəticəsində “VAZ-2107”dəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.Qəbələ baş vermiş qəzanın bəzi detalları aydın olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, “Ford” markalı avtomobili Qəbələ rayonu Xırxatala kənd sakini Zeynalov Hacıalı Comərd oğlunun idarə etdiyi məlum olub. “VAZ-2107”də isə Ağdaş rayonunun sakinləri olublar.

Ilkin məlumata əsasən qəza nəticəsində “VAZ-2107”də olan Ağdaş rayon sakini dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəbələdə ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

"Ford" markalı mikroavtobus "VAZ-2107" markalı avtomobillə toqquşub. İlkin məlumata əsasən hadisə nəticəsində dünyasını dəyişən var.

Əlavə məlumat veriləcək.

 

Qəbələdə yol qəzası nəticəsində 1 nəfər ölüb - FOTO - YENİLƏNİB-1

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06