“Qərb bizi Rusiya ilə partizan müharibəsinə təhrik edirdi” – İvanişvili danışdı, Lavrov təsdiqlədi

23/10/2024 - 13:50

“Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili sensasiyalı iddia ilə çıxış edib. “AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, o, Qərbin yüksək rütbəli rəsmisinin Gürcüstanı Rusiya ilə partizan müharibəsinə təhrik etməyə cəhd etdiyini bəyan edib. İvanişvilinin bəyanatına Kremlin propoqanda maşını dərhal reaksiya verərək onu tirajlayıb. Moskva uzun müddətdir ki, müxtəlif tribunlarda Qərbin Gürcüstandan Rusiyaya "ikinci cəbhə" açmaq niyyəti barədə təbliğat aparır. Ekspertlərə görə, Kreml Ukrayna ilə müharibəyə haqq qazandırmaq üçün belə sui-qəsd nəzəriyyələrindən istifadə edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İvanişvilinin sözlərinə inanmamaq üçün heç bir səbəb görmürəm", - deyə reaksiya verib. “Onlar birbaşa Rusiya ilə hərbi əməliyyatlara təkrik edən Qərb ölkələri ilə dialoq aparırdılar”. – Lavrov “İzvestiya”ya bildirib. Oktyabrın 21-də “Gürcü arzusu”nun fəxri sədri “İmedi” teleşirkətinə deyib ki, yüksək rütbəli bir Qərb rəsmisi hökumətə Rusiya ilə qarşı-qarşıya durmağı və partizan müharibəsinə başlamağı məsləhət görür. İvanişvilinin sözlərinə görə, qərbli siyasətçidən bu məsləhəti keçmiş Baş nazir İrakli Qaribaşvili alıb. “Siz üç milyonsunuz və onlar üç-dörd günə hamınızı öldürə bilməzlər. Meşəyə partizan hərəkatı ilə girə bilərsiniz və biz sizi silahla təmin edəcəyik, sizə kömək edəcəyik və s”, - İvanişvili iddia edib ki, bunu Qərb təmsilçisi eks-baş nazirə deyib. “Bu, reallıq idi”, - milyarder bildirib.

“AzPolitika.info”

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30