QƏRBDƏN UKRAYNAYA TƏZYİQLƏR BAŞLAYIB... - Zelenskinin “sağ əli” açıqladı

21/11/2022 - 10:03

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Qərbi açıq şəkildə tənqid edib. 

“Daily Mail” xəbər verir ki, Ukrayna lideri Zelenskinin sağ əli kimi tanınan Podolyak Qərbdən gələn mesajı ictimaiyyətə açıqlayıb.

Подоляк подтвердил удар ВСУ по Херсону - МК

“Döyüş meydanında təşəbbüskar olsanız da, hər şeyi hərbi yollarla həll edə bilməyəcəksiniz, danışıqlar aparmalısınız” kimi təkliflər almaq bir az qəribədir” - Podolyak deyib.

O, Qərbin Ukraynanı sülh danışıqlarına razı salmaq üçün göstərdiyi “qəribə” cəhdləri pisləyib. Zelenskinin müşaviri əlavə edib ki, bu, torpaqlarını geri alan ölkənin itirən ölkəyə təslim olması demək olacaq.

ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın son həftələrdə Ukraynaya Rusiya ilə danışıqlar aparması üçün təzyiq göstərdiyini yazıb.

Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb.

Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etsin və müharibəni bitirsin./musavat.com

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02