Qərbi Azərbaycan İcmasının Türkiyə nümayəndəliyi qardaş ölkədə bir sıra görüşlər keçirib - FOTO

25/11/2024 - 18:19

Qərbi Azərbaycan İcması (QAİ) Türkiyədə bir sıra görüşlər keçirib. 
Nümayəndə heyətində Qərbi Azərbaycan İcmasının Türkiyə nümayəndəsi Dr.Asif Kurban, icmanın Ankara nümayəndəsi Prof.Dr.Seyit Aydın, İstanbul nümayəndəsi Dilqəm Əhməd, Qars rəsmisi Ali Cenap Senger iştirak ediblər. 
Azərbaycan Respublikasının Türkiyə səfirliyində keçirilən ilk görüşdə səfir Dr.Rəşad Məmmədov nümayəndə heyətini qəbul edib. Görüş zamanı səfir öz fikirlərini və dəstəyini nümayəndə heyəti ilə bölüşüb, QAİ-yə uğurlar arzulayıb. Səfirlikdəki qəbulda səfir Dr. Rəşad Məmmədov, səfirliyin müşaviri Eldar Əliyev və səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.
Nümayəndə heyəti daha sonra Qars Bələdiyyə başçısı Prof.Dr.Ötüken Sengerlə görüşüb və ortaq fəaliyyətlər haqqında fikir mübadiləsi aparıb.
Ardınca heyət Türk Ocağı Qərargahında Prof.Dr.Mehmet Özün sədrliyində sözügedən ocağın rəhbərliyi ilə görüşüb.
Görüşdə birgə fəaliyyət və konfransların keçirilməsi ətrafında müzakirələr aparılıb.

Qafqaz.media

**

**

**

**

**

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58
Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26