Qrossi “Rosatom” rəhbəri ilə görüşüb - Təhlükəsizlik zonasının yaradılması müzakirə edilib...

23/11/2022 - 16:16

MAQATE-nin baş direktoru Rafael Qrossi İstanbulda “Rosatom” nümayəndə heyəti ilə görüşüb.

Qafqaz.media xəbər verir ki, bu barədə Beynəlxalq agentliyin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir ki, Qrossi “Rosatom” rəhbəri ilə Zaporojye atom elektrik stansiyasının ətrafında təcili təhlükəsizlik zonasının yaradılmasını və stansiyanın özünün nüvə təhlükəsizliyini müzakirə edib.

 

Qafqaz.media