Qətər XİN: İsrail Qəzzaya dair razılaşmanın əldə olunmasına maneə törədir

16/10/2024 - 07:22

İsrail rəhbərliyinin mövqeyi Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin bağlanmasına mane olur. APA xəbər verir ki, bu barədə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib. “Qətər münaqişə başlayandan vasitəçi rolunu oynayıb. Biz bunu bir ildən artıqdır ki, edirik, amma təəssüf ki, razılaşma hər iki tərəfin razılığını tələb edir. Tərəflərdən biri bunu yekunlaşdırmaq istəmir. Vasitəçi olaraq nə etsək də, nəticə eyni qalır. Siz maneələrdən xəbərdarsınız. Xüsusilə də son dönəmdə İsrail tərəfi əngəl törədir”, -Başnazir vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15