Qəzza Səhiyyə Nazirliyi: Son on gündə 400 fələstinli ölüb
26/08/2024 - 09:31
2023-cü ilin oktyabr ayından Fələstin anklavında hərbi əməliyyatlar aparan İsrail qüvvələrinin Qəzza zolağında son 10 gün ərzində keçirdiyi əməliyyatlar nəticəsində 400 fələstinli ölüb. APA xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrailin hücumları nəticəsində bu müddət ərzində 1067 fələstinli yaralanıb.