Ərazi mübadiləsindən söhbət getmir, əsas problem... - Lavrov

10/09/2024 - 07:27

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna konfliktində başlıca problemin nədən ibarət olduğunu açıqlayıb. Axar.az-ın məlumatına görə, Rusiya XİN rəhbəri bildirib ki, bu situasiyada ərazi mübadiləsindən deyil, insanların hüquqlarından söhbət gedir. “Əgər biz atəşkəs çağırışlarını müzakirə etsək və ərazi mübadiləsi haqqında düşünsək, bu, qeyri-ciddidir”, - Lavrov bildirib. O, problemin Ukraynada "qanunla tapdalanan" insanların hüquqları ilə bağlı olduğunu vurğulayıb. Lavrov əlavə edib ki, siyasi məkanda Ukraynada nizamlanma təşəbbüsləri kontekstində insan haqlarından söhbət getmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ