Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır

26/11/2024 - 10:41

Netanyahu və onun qətliam şəbəkəsi üçün çəmbər getdikcə daralır. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Soyqırımda günahkar olanlar tökdükləri günahsız qanlara görə mütləq cavab verəcəklər. Netanyahu və Qallantın həbsinə orderlərin verilməsi cəsarətli qərardır. Biz bu qərarı dəstəkləyirik", - Ərdoğan bildirib. Bundan əlavə, o vurğulayıb ki, Fələstin məsələsində Türkiyəni haqsız yerə tənqid etmək həssaslıq deyil, pis niyyətin əlamətidir. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58
Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35