Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB

25/09/2024 - 05:58

Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib.

APA xəbər verir ki, Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib. Bundan əlavə, Prezident Ərdoğan görüş zamanl Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.

***

23:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ