Rişi Sunak Ukraynaya yardımla bağlı hesabat istədi… - BRİTANİYADA BƏZİ HÖKUMƏT ÜZVLƏRİ NARAHATDIR…

17/12/2022 - 00:18

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya kömək üçün nə qədər və nəyə sərmayə qoyulduğunu, eləcə də hansı nəticənin əldə edildiyini qiymətləndirməyi xahiş edib.

Qafqaz.media xəbər verir ki, bu barədə “BBC Newsnight” proqramının mənbələri məlumat yayıb.

Bu xəbər Ukraynaya qeyd-şərtsiz dəstək verilməsinin tərəfdarı olan hökumət üzvlərinin narahatlığına səbəb olub.

"Müharibələr yoxlama ilə qazanılmır. Müharibələr instinktlə qazanılır. Bu ilin əvvəlində Boris Conson dedi ki, gəlin bunu edək. Ona görə də Rişi imkanlarını xarici siyasətə [Ukraynaya dəstək vermək üçün] yönləndirməlidir, başqa heç nə yoxdur", - “BBC Newsnight”-ın həmsöhbətlərindən biri deyir.

Mənbələr bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu dalğalanmalardan xəbərdardır. O, Sunakla danışıb və bildirib ki, İngiltərənin dəstəyi Ukrayna üçün son dərəcə vacibdir.

Xatırladaq ki, Böyük Britaniya bu müharibədə Ukraynanın əsas dəstəkçilərindən biridir. London 2022-ci ildə silah və digər yardımlar üçün ən azı 2,3 milyard funt sterlinq ayırıb. Eyni zamanda, Britaniya pandemiya və müharibədən sonra son illərin ən pis iqtisadi böhranlarından birini yaşayır. 2022-ci ilin sonuna qədər ölkədə inflyasiya 10%-i keçəcək.

Qafqaz.media