“Rossiya 1” telekanalında Ukraynadan sonra Qazaxıstana keçmək təklif edildi - VİDEO
23/11/2022 - 13:15
Rusiyalı teleaparıcı Vladimir Solovyovun “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda artıq “Qazaxıstana keçid etmək” təklif olunub.
Bu barədə şouda iştirak edən təbliğatçılardan biri deyib.
O bildirib ki, Ukraynadan sonra “Qazaxıstandakı problemləri həll etmək lazımdır”.
“Çünki orada çoxlu faydalı qazıntılar var və orada çoxlu rusiyalı yaşayır”, - deyə təbliğatçı fikrini əsaslandırıb.
Mənbə: “Karabax Today” “Telegram”