Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının Baş katibi ilə görüşüb

11/11/2024 - 16:23

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşüb. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüş çərçivəsində əməkdaşlıq məsələləri, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işlər müzakirə edilib. Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09