Ruben Vardanyan Azərbaycanın xaricdəki diplomatlarına qarşı “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur

13/02/2025 - 19:58

Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində bildirilib.

    İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ