Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub

13/02/2025 - 23:27

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla xanım Əliyevanın şeirləri əsasında hazırlanmış “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub

AZƏRTAC xəbər verir ki, tamaşanın rejissoru Raul Türkkan, xoreoqraf isə Azərbaycanın Əməkdar artisti Nigar Rzayevadır.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Milana Sokolenko və İnna İmranova da daxil olmaqla, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları, həmçinin onların həmkarları Ruslana Pavlova, Aydan Axundzadə və Aylin Türkkan iştirak ediblər.

Gecənin rəsmi hissəsini mərkəzin direktoru Anna İbrahimbəyova açıb. O, çıxışında gecənin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı bu gün Sərəncam imzalamasını xatırladıb.

Mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Hicran Hüseynova, əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, əməkdar artist Oleq Əmirbəyov və mədəniyyət sahəsinin digər nümayəndələri tədbirin qonaqları arasında yer alıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hafiz Rüstəmin şeirləri
29/01/2025 - 10:38