Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

12/02/2025 - 23:21

Fevralın 11-də Dohada yerləşən Katara Ud Mərkəzində 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib. Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan universitetlərinin tərəfdaşlığı ilə keçirilmiş Konqresdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Milli Konservatoriyasının bir qrup musiqi xadimləri də iştirak ediblər.

AZƏRTAC ölkəmizin Qətər Dövlətindəki səfirliyinə istinadla xəbər verir ki, tədbirin bədii hissəsində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə sənətçilərimiz fortepiano, həmçinin fleytada "Ay Laçın", "Sarı gəlin" və digər Azərbaycan xalq mahnılarını ifa ediblər.

Azərbaycanın Qətər Dövlətindəki səfiri Adış Məmmədov beynəlxalq konqresin əhəmiyyətindən danışıb. O, bu kimi tədbirlərin türk dünyasının birliyinin, həmçinin türk xalqlarının ortaq mədəniyyətinin formalaşmasında müstəsna rolunu qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hafiz Rüstəmin şeirləri
29/01/2025 - 10:38