Rus ordusu Sucaya yaxınlaşır: Amansız döyüşlər gedir

14/10/2024 - 14:12

Rusiya ordusu Kursk vilayətində əks-hücum zamanı Suca ətrafına yaxınlaşıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Bildirilib ki, hücum qüvvələri şəhərin cənub-şərqindəki “Lotus” yanacaqdoldurma ərazisində möhkəmləniblər. “Bundan başqa, rus ordusu Suca-Belaya magistralını nəzarətə götürüb, Sucadan 7 km şərqdə yerləşən Martınovka kəndinə hücum başlayıb. Orada 810-cu dəniz piyadaları briqadası və “Əhməd” xüsusi təyinatlıları döyüşür. Bu əraziyə nəzarət Rusiya ordusuna Suca yaxınlığındakı yüksəklikləri ələ keçirməyə imkan verəcək”, - məlumatda qeyd olunub. Qeyd edilib ki, şimal-qərb istiqamətindən Sucaya 155 və 106-cı briqadaların hücumu davam edir. O ərazidə Lyubimovka kəndinin bir hissəsinə ruslar nəzarət edir. Rusiya Teleqram kanalları yazır ki, son 5 gün ərzində Rusiya ordusu Kursk vilayətinin 11 yaşayış məntəqəsini azad edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30