Rusiya bu ölkələrə “sülh üçün yardım” təklif edir

31/10/2024 - 11:41

Moskva Livan və İsrail arasında sülhün bərqərar olmasına kömək etməyə hazırdır və bunun üzərində işləyir. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. “Livana gəlincə, biz hamı ilə əlaqə saxlayırıq. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1701 saylı qətnamə üzərində işləyirik, ikitərəfli təmaslar zamanı Nyu Yorkda və digər yerlərdə gedən bütün müzakirələrdə fəal iştirak edirik. Biz əlbəttə ki, sülhün və sabitliyin bərqərar olmasına öz töhfəmizi verməyə hazırıq”, - Boqdanov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15