Rusiya Dneprə raket zərbələri endirib: ölən və yaralananlar var
“Rusiya Dnepr şəhərinə raket zərbələri endirməyə başlayıb. Hücum nəticəsində ölən və yaralananlar var”.
Bunu oktyabrın 18-də şəhərin meri Boris Filatov deyib. O, bu barədə informasiyanı saat 10:31-də Telegram-da paylaşıb.
"Yenə, yenə, yenə... raketlərlə Dnepri vururlar. Ölənlər və yaralananlar var", - o yazıb.
Prezident Aparatının rəhbəri Andrey Ermakın məlumatına görə, Rusiya Federasiyası Dnepropetrovsk vilayətinin Obuxovka kəndini raketlərlə vurub.
"Dnepropetrovsk rayonu, Obuxovka kəndi. Ruslar şəxsi evləri vurub, 31 yaşlı qadın ölüb", - o yazıb.
Öz növbəsində, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko da qadının ölümünü təsdiqləyib və Rusiyanın hücumu nəticəsində 4 ukraynalının xəsarət aldığını açıqlayıb.