Rusiya PA rəhbərinin müavini Prezident İlham Əliyevə təbrik ünvanlayıb

23/12/2023 - 13:08

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Təcrübəli və məsuliyyətli dövlət xadimi kimi, Siz haqlı olaraq həmvətənləriniz arasında və beynəlxalq arenada yüksək nüfuza maliksiniz.

Sizin adınız Rusiya və Azərbaycan xalqlarının rifahı naminə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi ilə ayrılmaz surətdə bağlıdır.

Sizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram".

 

APA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33