Rusiya Ukraynanın daha bir şəhərinə daxil olub - Ağır döyüşlər gedir

30/07/2024 - 15:02

 

Rusiya Ukraynada apardığı işğalçılıq müharibəsində yavaş-yavaş da olsa, irəliləyir.

“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Baxmut rayonunda yerləşən Toretskdə Rusiya ordusu hissələrinin peyda olması barədə məlumat veriblər. Rusiya hərbçilərinin şəhərə daxil olduğu və onun sərhədləri daxilində döyüşlər apardığı iddia edilir.

Bundan əvvəl isə “Bild” nəşrinin hərbi təhlilçisi Julian Röpke Ukrayna Silahlı Qüvvələrinin rusların qərbdən və cənubdan hücum etdiyi Toretsk yaxınlığında mühasirəyə düşə biləcəyini yazıb.

Qeyd edək ki, son həftələrdə Moskva öz qoşunlarının bir neçə kəndi ələ keçirdiyini bəyan edib. Bunlar Volçye, Yevgenovka, Pesçanoye və Proqres kəndləridir. Onların əksəriyyəti heç bir strateji əhəmiyyəti olmayan xarabalıqlardan ibarətdir. Amma İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinin də yazdığı kimi, ən kiçik uğur üçün belə Kreml yüzlərlə, minlərlə əsgərini qurban verməkdən çəkinmir. Əvəzində, bununla da Vladimir Putin Rusiyanın hərbi irəliləyişini, işğalını kimsənin dayandıra bilməyəcəyi təəssüratı yaratmağa çalışır.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15