Rusiyada altı ölkənin spikerinin görüşünün keçirilməsi təklif edilib

02/12/2024 - 04:03

Pakistan altı dövlətin parlament sədrlərinin terrorizmlə mübarizə və regional əməkdaşlığın gücləndirilməsi üzrə növbəti konfransının Rusiyada keçirilməsinin tərəfdarıdır. “Report” xəbər verir ki, bu barədə “TASS”a müsahibəsində Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq deyib. O xatırladıb ki, 2017-ci ilin dekabrında Əfqanıstan, İran, Çin, Rusiya, Pakistan və Türkiyənin iştirakı ilə Pakistanda parlament rəhbərlərinin ilk konfransı keçirilib. “Məhz orada biz müxtəlif məsələlərlə bağlı müqavilələr imzaladıq. Bizim əsas məqsədimiz bölgədə terrorla necə mübarizə aparacağımıza, təhlükəsizliyin təmin olunmasına və bir çox başqa məsələlərə qərar verməkdir. Mən hələ 2015-ci ildə belə bir konfransın təşəbbüskarı olmuşam. Nəhayət, 2017-ci ildə hamını danışıqlar masası arxasına otuzdura bildim. Bu format 2018 və 2019-cu illərdə Türkiyə və İranda davam edib. Məni də dəvət etdilər, amma o zaman mən spiker yox, deputat idim. Məni oraya yenidən bir iranlı həmkarım, sonra isə bu konfransın sədri kimi bir türk məruzəçi dəvət edib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ