Rusiyada bir həftə ərzində 2 müəmmalı ölüm... - PUTİNİ TƏNQİD EDƏNLƏR BİR-BİR ÖLÜR

27/12/2022 - 17:57

Bir həftə ərzində iki rusiyalı tanınmış şəxs - deputat Pavel Antov və alim Vladimir Budanov müəmmalı şəkildə vəfat ediblər.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, daha öncə hər iki şəxs açıq şəkildə Vladimir Putini və onun Ukraynadakı işğal siyasətini tənqid ediblər.

Bir sıra iddialara görə, adıçəkilən şəxslər Putinin işğal siyasətini tənqid etdikləri üçün qətlə yetiriliblər.

Xəbərə görə, P. Antov Hindistanın Odişa şəhərində yaşadığı otelin üçüncü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Vladimir Budanovun isə səhhətinin yaxşı olmasına baxmayaraq, cümə günü infarktdan öldüyü bildirilir.