Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!

20/09/2024 - 23:20

Bəzi İsrail rəsmilərinin onlar üçün hər şeyin bağışlanması xəttinə sadiq qalması pis tendensiyadır, İsrailin Qəzzada fəaliyyəti qəbuledilməzdir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Skay Nyus Arabia”ya müsahibəsində deyib. “Bəzi xadimlərin yəhudi xalqının Holokost qurbanı olduqlarını, onların üçün hər şeyin bağışlanacağını rəhbər tutması mənfi tendensiyadır. Bu, Hitler Almaniyasına və ideologiyasına xas olan eksklüzivliyin əlamətidir. İsraildə çoxlu dostum var. Onların əksəriyyəti başa düşür ki, Fələstin dövlətinin yaradılması məsələsi həll olunmalıdır və Fələstin xalqının təbii hüquqlarını boğmaq olmaz”, - deyə Lavrov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15