“Rusiyanın Ermənistandakı hərbi varlığı təhlükəsizliyimiz üçün təhdiddir” - PAŞİNYAN PUTİNƏ MEYDAN OXUDU

10/01/2023 - 13:09

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandakı hərbi varlığının İrəvanın təhlükəsizliyi üçün təhdid yaratdığını söyləyib.

Qafqaz.media “Caliber.az” saytına istinadla xəbər verir ki, Paşinyan deyib: “Son zamanlar Azərbaycan qərbli həmkarlarla təmaslar zamanı öz aqressiv addımlarını Ermənistan ilə Rusiyanın Azərbaycana qarşı birgə aqressiv fəaliyyət planlaşdırmasından ehtiyat eləməkləri ilə əsaslandırır və onlar (azərbaycanlılar) qabaqlayıcı addımlar atırlar”.

“Biz bu faktı qeyd edərək, rusiyalı həmkarlarımızın diqqətinə çatdırırıq ki, onların susqunluğu şəraitində Rusiyanın Ermənistandakı hərbi varlığı nəinki Reslublikanın təhlükəsizliyinə təminat vermir, əksinə Ermənistanın təhlükəsizliyi üçün təhdid yaradır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ