Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlandı - ŞOK RƏQƏMLƏR

21/11/2022 - 13:18

Ötən sutka ərzində Ukrayna hərbçiləri daha 390 rus işğalçısını məhv edib.

Qafqaz.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən düşmənin ümumi döyüş itkiləri təxminən 84 min 600 nəfər təşkil edib.

Bundan əlavə, indiyə kimi rusların 2892 tankı, 5822 zirehli döyüş maşını, 1870 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə silahı, 278 təyyarəsi, 261 helikopteri, 1537 operativ-taktiki pilotsuz uçuş aparatı, 480 qanadlı raketi, 16 gəmi və qayığı, 4378 nəqliyyat vasitəsi və tanker, 161 ədəd xüsusi texnikası məhv edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02