Saakaşvili: Nika Meliyanın xidmətləri və imkanları haqqında yüksək fikirdəyəm

06/11/2023 - 13:33

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyir ki, o, Milli Hərəkat Partiyasının keçmiş sədri Nika Melia haqqında yüksək fikirdədir.

Saakaşvili açıqlamasındaı izah edir ki, söhbət partiyanın vəziyyəti və perspektivlərindən gedir.

“Mənim çıxışımı Nika Melia və onun komandasının tənqidi kimi qəbul edənlərin nəzərinə! Nika Meliyanın xidmətləri və onun imkanları haqqında yüksək fikirdəyəm. Mən partiyanın vəziyyəti və perspektivləri haqqında danışdım və mənim prioritetim dəyişməz olaraq qalır: yeni simaların, xüsusilə gənclərin təbliği, birlik və vahid məqsədə doğru birləşmiş qüvvələrlə hərəkat başlatmalıyıq. Yaxın günlərdə sizi gələcək mübarizə planımızla tanış edəcəyik”, - Saakaşvili “Facebook”da yayımladığı bəyanatda yazır.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmədə çıxışı zamanı Milli Hərəkat üzvlərinə müraciət edərək bildirib ki, “partiyanı daxildən dağıtmaq, zəifləmək istəyirsinizsə, çıxıb öz işinizlə məşğul olmaq daha yaxşıdır”. Onun sözlərinə görə, o, kimin əlində hansı bayrağı tutmasından asılı olmayaraq, bütün insanlara qarşı mehribandır.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33