Saakaşvilinin vəkili məhkəmədən möhlət hüquq verilməsini xahiş edir… - “Hökmün icrası təxirə salınmalıdır”

01/12/2022 - 10:56

Mixail Saakaşvilinin vəkili eks-prezidentin azadlığa buraxılması və cəzasını çəkməkdən möhlət verilməsi üçün məhkəməyə müraciət edib.

Qafqaz.media xəbər verir ki, Şalva Xaçapuridzenin sözlərinə görə, vəsatət Saakaşvilinin səhhətinin ağır olması ilə bağlıdır və tibbi rəydə göstərilən diaqnozlar onun azadlığa buraxılmasına əsas verir.

“Biz cəza çəkməkdən azad olunmasını xahiş edirik. Məhkəmə bununla razılaşmasa, alternativ olaraq, hökmün icrası təxirə salınmalıdır. Bizim mövqeyimizi dəstəkləyən əsaslı sübutlar var”, - Xaçapuridze “Formula TV”-yə müsahibəsində deyib.

Xatırladaq ki, noyabrın 28-də Tiflis Şəhər Məhkəməsi eks-prezidentə qarşı sərhədi qanunsuz keçmə ilə bağlı işə baxıb. Saakaşvili görüşdə iştirak etmək istəyib, çünki onun müalicə aldığı “Vivamed” klinikasının həkimləri bunu tövsiyə etməyiblər. Daha sonra hakim prosesin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib.

Qafqaz.media