Saakaşvilinin vəkili “Vivamed” direktorunu məhkəməyə verəcək

30/12/2022 - 18:09

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze “Vivamed” direktoru Nino Nadiradzeyə qarşı hüquqi müstəvidə mübarizəyə başlamaq niyyətindədir.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bu klinikada saxlanılır.

Qafqaz.media xəbər verir ki, vəkilin “İnterpressnews”-a verdiyi məlumata görə, o, şərəf və ləyaqətin təhqir edilməsi motivi əsasında məhkəməyə müraciət edəcək.

“Mən şərəf və ləyaqətlə bağlı məhkəməyə müraciət etməyi planlaşdırıram. Birincisi, mən Saakaşvilinin həyatını xilas edəcəyəm. İkincisi, Nadiradzeyə və onun kimi insanları diqqət mərkəzinə gətirəcəyəm”, - Xaçapuridze bildirib.

Qeyd edək ki, Nino Nadiradze sosial şəbəkədə Xaçapuridze haqqında yazaraq, onu narkoman olmaqda ittiham edib.

Qafqaz.media