Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA

12/10/2024 - 17:05

Oktyabrın 12-si saat 15:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz ,Qəbələ, Zaqatala, Şəki, Qax , İsmayıllı, Altıagac, Quba, Xınalıq, Xaltan, Yevlax, Şabran, Cəfərxan, Göyçay, İmişli, Neftçala, Sabirabad, Şirvan, Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da və Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21