Salvador prezidenti bəşəriyyətin yeni qaranlıq dövrlə üz-üzə olduğunu deyib

25/09/2024 - 06:03

Salvador prezidenti Nayib Bukele bildirib ki, dünya birliyi tənəzzüldədir və öz tarixinin ən pis mərhələsinə yaxınlaşır. APA xəbər verir ki, bu haqda “RİA Novosti” nəşri məlumat yayıb. BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı o qeyd edib ki, qarşıda bütün dünya üçün yeni münaqişələr və qaranlıq dönüş nöqtəsi var. “Biz bəşəriyyət üçün yeni qaranlıq dövrlə üzləşirik. Salvadorlular olaraq, biz bu tənəzzül əlamətlərini görəndə tanıyırıq, çünki biz bunların hamısından keçmişik. Biz millətimizin süqutunu bir-birinin ardınca yaşadıq və eyni mərhələləri yenidən görürük, lakin bu dəfə qlobal miqyasda. Biz ancaq qaranlıq günlər yaşayan, həyat uğrunda mübarizə aparan bir dost kimi xəbərdarlıq edə bilərik.", - deyə o bildirib. O həmçinin beynəlxalq ictimaiyyətin artıq birləşmədiyini, daha da düşmən və təlaşlı olduğunu, Qərb dövlətlərinin ifadə azadlığının qalası statusunu itirdiyini vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ