Seneqal sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb, 26 nəfər ölüb

11/09/2024 - 08:53

Sentyabrın 8-də Seneqal sahillərində batan qayıqda olan daha 17 qeyri-qanuni miqrantın cəsədi bu gün çıxarılıb. APA ”Xinhua” agentliyinə istinadən xəbər verir ki, qurbanların ümumi sayı 26 nəfərə çatıb. Daha əvvəl xəbər verildiyi kimi, 200 qeyri-qanuni miqrantın olduğu gəmi Seneqal sahillərindən 4 km aralıda çevrilib. Qayıqda olan miqrantların əksəriyyəti Seneqalın Mbur şəhərinin sakinləri olub. Onlar İspaniyaya aid olan Kanar adalarına gedirdilər. Qayığın qəzaya uğramasının səbəbləri məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ