Sibirdə ağır yol qəzasında 3 nəfər ölüb

19/10/2024 - 21:47

Rusiyanın Omsk şəhərinin yaxınlığında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə regionun prokurorluğu məlumat yayıb. Prokurorluğun mətbuat xidməti bildirib ki, yol qəzası Omsk – Krasnoyarka şosesinin 32-ci kilometrliyi ərazisində “Toyota” və “Lada Qranta” avtomobillərinin iştirakı ilə baş verib. “Qəza nəticəsində avtomobillərin sürücüləri, habelə “Lada”nın sərnişini aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. “Toyota” avtomobilinin sərnişini ağır zədələrlə tibbi müəssisəyə çatdırılıb”, – məlumatda bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, daha əvvəl Ermənistanda baş vermiş yol-nəqliyyat hadisəsində 10 nəfər yaralanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15