Soydaşlarımız terror aktına etiraz etmək üçün Haaqa şəhərində bir araya gəldi - FOTO

31/01/2023 - 17:53

Soydaşlarımız Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücuma etiraz etmək üçün Niderland Krallığının Haaqa şəhərində bir araya gəlib.

Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin təşkil etdiyi tədbirdə ölkəmizin diplomatik missiyasına edilmiş silahlı hücum pislənib.

Dərnək sədri İlhan Aşkın və digərləri baş vermiş hadisəyə kəskin şəkildə etiraz edib, bu qanlı olayı birbaşa Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktı və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər.

Terror aktı zamanı qətlə yetirilmiş Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərov yad edilib, ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ