Taksilər avtobus zolağından istifadə edə bilər? - AÇIQLAMA

10/10/2024 - 07:10

Taksilər avtobus zolağından istifadə edərsə, bu taksi sayının artmasına gətirib çıxaracaq. Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. O qeyd edib ki, qurum bunu indiki mərhələdə istəmir. “Digər tərəfdən, taksinin zolaqdan istifadəsi ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu, o deməkdir ki, əgər kimsə taksi ilə zolaqla gedəcəksə və avtomobilin 3 nəfərlik oturacağı varsa, 3 avtomobil azalacaq. Beş ay bundan əvvəl, ümumiyyətlə, bu haqda söhbət gedə bilmirdisə, "Toyota Prius" markalı, taksi xidməti göstərən avtomobillərin zolaqlara daxil olmasından sonra bu suallar səslənməyə başlayır. İstərdik ki, 3 nəfər ayrıca avtomobilə oturub gəlməsin. Bu da mərkəzə daxil olan maşınların sayını azaldacaq”, -deyə sədr qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21